| Xəbər 22349 dəfə oxunub
“Yeni ilə nifrət edirəm, hər dəfə sərxoş oluram...” -

Amerikalı aktrisa Cenifer Lourens Yeni illə bağlı maraqlı açıqlama verib.

Cia.az xəbər verir ki, “Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa heç vaxt Yeni ildən razı qalmadığını bildirib.

“Həqiqətən də Yeni ilə nifrət edirəm. Heç vaxt Yeni ili yaxşı keçirməmişəm. Hamı yaxşı vaxt keçirməyə çalışır, lakin əksəriyyət gecənin sonunda məyus olur. Bu il heç bir şey planlaşdırmamışam. Nə vaxt planlı şəkildə nəsə etmək istəsəm, sonda sərxoş və məyus oluram”.

Cia.az