|
Azərbaycanı beynəlxalq müsabiqədə bu qız təmsil edəcək -

Oktyabrın 18-dən noyabrın 10-na kimi Çinin paytaxtı Pekində “Miss Bikini Universe 2015” beynəlxalq müsabiqəsi baş tutacaq. 
Təşkilatçı Aqil Məmiyev müsabiqədə ölkəmizi model Pərvin Həsənzadənin təmsil edəcəyini bildirib. Bununla bağlı fotosessiyalar, Azərbaycanın tarixini əks etdirən video çarxlar hazırlanır. P.Həsənzadənin üzərində stilistlər çalışır. 

Qeyd edək ki, Pərvin Rusiyada peşəkar model kimi çalışır. Bu onun qatılacağı ilk müsabiqə deyil. P.Həsənzadə bundan əvvəl “Miss Eurasia 2014”, “Miss Bikini SNQ 2014”, “Miss Asia 2014” kimi gözəllik yarışmalarına qatılıb.

Cia.az