| Xəbər 144131 dəfə oxunub
“Türkiyənin İrina Şeyki”-

“Arsenal”ın futbolçusu Mesut Özil “Türkiyənin İrina Şeyki” adlandırılan Əminə Gülşe ilə görüntülənib. 

Türkiyə gözəli iki günlük getdiyi səyahətdə ortaq dostları vasitəsiylə tanış olduğu məşhur futbolçu ilə Londonda restoranda bir araya gəlib. 

Özilin qolunu gənc manekenin çiyninə ataraq oturması cütlüyün arasında sevgi münasibəti olduğu haqda xəbərlərin yayılmasına səbəb olub.

Səmimi görüntülərə münasibət bildirən Gülşe gecəylə əlaqədar olaraq “İsveçdən gələn ortaq dostlarımız vardı. Onlarla görüşüb, yemək yedik” açıqlamasını verib.

Cia.az