| Xəbər 15819 dəfə oxunub
Şahzadənin plagiat geyimləri-

Gördüyü işlərə görə ingilis mediasında “Ledi Diananının kölgəsi ilə gedir” fikirləri ilə tez-tez qınaq olunan Kembric hersoginiyası Keyt Midltonun şahzadəni libaslarında da təqlid etdiyi müəyyən olunub. 

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, hər zaman geyim tərzi, təbii saçları ilə moda gündəmində adından ağız dolusu danışdıran hersoginiya bu dəfə özünü ələ verib. Belə ki, şahzadə Diananın geyimləri ilə Middltonun geyim tərzini qarşılaşdıran moda tənqidçiləri maraqlı bir oxşarlıq olduğunun fərqinə varıblar. Şəhzadənin geyimlərinin bənzərlərini sadəcə öz üslübuna uyğun formada hazırladan Midlton Diananın hər bir situasiyada geydiyi libasları, verdiyi pozları yaddaşına möhkəm həkk edənə oxşayır. Əks təqdirdə yəqin ki, bu qədər təsadüf ola bilməzdi.

Qeyd edək ki, hersoginiya sadəcə libasları, geyim tərzi ilə yox, yoldaşı ilə verdiyi mehriban pozalar, şəkil çəkdirdikləri məkanların eyniliyi ilə də diqqət çəkib. Hətta gözəl şəhzadələrin evlilik təklifi aldıqları üzükləri belə eynidir.

Cia.az