|
Homoseksual baş nazir evləndi-

Lüksemburqun baş naziri Ksavye Bettel həmcinsi belçikalı memar Qotye Destene ilə nikaha girib. 

Bu barədə “Kurier” məlumat yayıb. 

Cütlük yaxın bazar günlərindən birində toy edəcək. Mərasimə 500-dən çox qonağın dəvət olunacağı gözlənilir. 

Avropalı siyasətçi və Serqey Raxmaninovun nəslinin nümayəndəsi öz münasibətlərini yalnız 2 ay bundan əvvəl qəbul edilən qərardan sonra rəsmiləşdirə biliblər. Belə ki, ölkə parlamenti səs çoxluğu ilə eynicinslilərin nikaha daxil olması və homoseksual cütlüklər tərəfindən övladlığa uşaq götürülməsi haqqında qanunu qəbul edib. 

Qeyd edək ki, bu, Avropada artıq ikinci belə haldır. Daha əvvəl İslandiyanın baş nazirinin də eynicinsli şəxslə nikaha girdiyi açıqlanmışdı.

Cia.az