|
Azərbaycanda tədris ilinin vaxtı uzadılacaq? -

2020-2021 tədris ilinin uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur.

Bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, orta məktəblərdə tədris ilinin son tarixi haqqında dəyişiklik olmayacaq: "Tədris ili əvvəlki qaydada – iyun ayının 14-də sonlanacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.