|
Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa xəstəxanaya yerləşdirildi

Aktrisa Zümrüd Qasımova əməliyyat olunacaq.

Xərçəngdən əziyyət çəkən sənətçi bu haqda sosial şəbəkədə yazıb. O bildirib ki, hazırda xəstəxanaya yerləşdirilib:
"Uzun illərdən sonra əməliyyata girmək məni çox narahat edir. Bu dəfə yaman qorxuram. İnşallah, sağ-salamat çıxaram".

Qeyd edək ki, Z.Qasımova yenidən onkoloji xəstəlikdən əməliyyat olunacaq.