| Xəbər 4789 dəfə oxunub
“Sen çal kapımı” ilə bağlı mühüm qərar

“Fox” telekanalında yayımlanan “Sen çal kapımı” serialı mövsüm finalı edəcək.

Baş rollarında Hande Erçel və Kerem Bürsin kimi aktyorların çəkildiyi ekran işi bu həftə yayımına fasilə verəcək.

Serial yeni mövsümdə qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl ekran işinin reytinqlərdə gerilədiyi üçün final edəcəyi deyilirdi.