|
Burada həddindən artıq psixoloq var –

Argentina Cənubi Amerika qitəsində yerləşən ölkədir.

Bu ölkənn ümumi sahəsi 2,791,810 km²-dir , əhalisi isə 2012-ci ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 41 281 631 nəfərdir.

Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində, And dağları və Atlantik okeanı arasında yerləşir. Sahil xəttinin uzunluğu 4989 kilometrdir. Ərazisinin böyüklüyünə görə Argentina Cənubi Amerika materikinin ikinci, dünyanın səkkizinci dövlətidir. Çili (5308 km), Boliviya (832 km), Paraqvay (1880 km), Braziliya (1261 km) və Uruqvay (580 km) ilə sərhəddi vardır. Ölkə əhalisinin böyük əksəriyyəti ispan və italyan mühacirlərinin törəmələridir.

Tanqosu və şərabı ilə daha çox məşhur olan Argentina haqqında bir neçə maraqlı faktları diqqətinizə çatdırırıq.

Инвесторы начали скупать платину. Металл считается недооцененным – он вдвое  дешевле золота | BanksToday

1.Argentina – latınca "argentum" sözundəndir, mənası "gümüş" deməkdir. İspan konkistadorları ilk dəfə bu torpağa ayaq basarkən və Rio-De-La-Plata çayı sahillərinə çatarkən, bu çayda həddindən artıq gümüş olduğunu görəndə onları heyrət bürüyüb. Bu çayda olan gümüşə görə bu torpağa "Argentina" adı verilib.

purpura: MI BUENOS AIRES QUERIDO!!!...NORITA

2. Buenos Ayres Cənubi Amerika qitəsində ən çox ziyarət edilən şəhərdir. Amerika qitəsi kəşf edildikdən sonra Avropa dövlətləri sürətlə bu qitədə müstəmləkələr yaratmağa başlayıblar. 1536-cı ildə Argentinaya gələn ispanlar bugün Buenos Ayres olaraq bilinən yerdə ilk müstəmləkələrini yaradıblar. 1806-cı ildə Buenos-Ayresin ingilislər tərəfindən qısa bir müddət işğal edilməsi, Argentinanın istiqlal mübarizəsi üçün bir başlanğıc olub.

Flights to Argentina | Copa Airlines

3. Cənubi Amerika qitəsində indiyə qədər qeydə alınan ən isti və ən soyuq temperatur Argentinada meydana gəlib.

4. Argentina dünyanın ən böyük ispan dilində danışan ölkəsidir.

5. Argentina Yaponiyadan sonra dünyada ikinci ən yüksək iştahsızlıq dərəcəsinə sahib olan ölkədir.

El tango argentino: Consejos para bailarlo | Así Se Baila

6. Dünyanın ən populyar rəqslərindən biri olan Tanqo 19-cu əsrin sonlarında Buenos Ayresdə yaranıb. Tanqo Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranıb, lakin sonradan bütün dünyaya yayılaraq, dünya rəqs incilərinin sırasına qoşulub. Başlanğıcda "kreol tanqosu" adlanan bu rəqs və musiqinin hal-hazırda "Argentina tanqosu", "Uruqvay tanqosu", "fin tanqosu" və "bal tanqosu" kimi geniş yayılmış növləri var.

7. Argentina dünyanın ən böyük qırmızı ət istehlak edən ölkəsidir.

8. Perito Moreno Buzlağı dünyanın ən böyük üçüncü şirin su mənbəyidir və əridikcə bərpa olunan nadir buzlaqlardan biridir.

Foto Parco nazionale Los Glaciares a El Calafate - {info}

9. Buenos-Ayresdə dünyanın digər şəhərlərindən daha çox psixoloq və psixiatr var.

10. Argentina dünyanın buğda ixracatçısı olan ən böyük beşinci ölkəsidir.

11. Argentinalılar vaxtlarının çoxunu dünyanın digər xalqlarına nisbətən radio dinləməklə keçirirlər.

12. Argentina 2010-cu ildə Cənubi Amerikada eynicinsli evliliyə icazə verən ilk ölkə kimi tarixə düşüb.

13. Argentina 1892-ci ildə tanıma üsulu olaraq barmaq izlərindən istifadə edən ilk ölkə olub.

14. Dünyanın ən geniş küçəsi olan Avenida 9 de Julio (9 İyul Bulvarı) Buenos Ayresdədir. Küçənin uzunluğu 140 metrdir.

Argentina and Wine - City Vino, Inc.

15. Argentina 16-cı əsrdən bəri dünyanın aparıcı şərab istehsalçılarından biridir və bu gün təxminən 1800 şərab zavoduna sahibdir. Dünyada 5-ci aparıcı şərab istehsalçısıdır.

16. Argentina 1949-cu ildən bəri fasiləsiz dünya polo çempionudur və bu gün dünyanın ən yaxşı 10 polo oyunçusunun bir çoxunun vətənidir.