| Xəbər 7134 dəfə oxunub
“Azərişıq”da yeni maxinasiya növü- FOTO

Bakı şəhər Binəqədi rayon Biləcəri qəsəbəsində yaşayan Seymur Muxtarov adlı vətəndaş redaksiyamıza müraciət edərək Azərişığın əməkdaşları tərəfindən aldadıldığını və 10 gündən artıqdır işıqsız qaldığını bildirir, belə ki, Seymur yeni sayğac üçün Azərişığa müraciət edib, Azərişıq isə öz növbəsində vətəndaşın müraciətini cavablandıraraq üzərində 560 manat borcu olan müraciətçinin qonşuluğunda yaşayan Kamal Manafov adlı abonentin sayğacını Seymur Muxtarovun mənzilinə quraşdırıblar. Seymur bunun səbəbini soruşduqda borcun sənə heç bir aidiyyəti olmadığını bildirərək “sən öz sərf etdiyin enerjinin pulunu verəcəksən yalnız”. Bu minvalla neçə illərdir Seymur həmin mənzildə yaşadığına baxmayaraq Azərişıq əməkdaşları hər dəfə Seymurun müraciətlərini “yola verərək” vəziyyəti pik həddə gətirib çıxarıblar. Binəqədi rayonuna yeni təyin olunan rəis bu borcu görüb Seymurun işığının kəsilməsi barədə göstəriş verib. Vətəndaş Azərişığın yerli şöbəsinə müraciət etsə də yeni rəhbərlik “bu problemin köhnə olduğunu və mənə heç bir aidiyyəti olmadığını” bildirib. Başqasının borcunu mən niyə ödəməliyəm deyən bu soyuq havada işıqsız, çarəsiz qalan üz tutur Azərişığın məsul şəxsləri Abbasov Tural və Bayramov Elşad müəllimə yaxınlaşır faktiki sənətlərlə reallığı onlara sübut etməyinə baxmayaraq, vətəndaşın işıqla təminatı yerinə yetirilməyib. Bu haqsızlıqlara dözməyən vətəndaş məhkəməyə müraciət etməklə kifayətlənib.

P.S: Bəs yaxşı bu məhkəmənin vətəndaşa cavabı, bu vətəndaşın enerji ilə təminatı, bu soyuq sərt qış günlərində Seymurun və körpə ailəsinin durumu bizi çox düşündürür. İnanırıq ki, Azərişıq rəhbərliyi Vüqar Əhmədov bu barədə düzgün obyektiv qərar qəbul edib, vətəndaşımızın işıqla təminatına kömək olacaq və başqasının borcunu Seymur Muxtarovun üzərinə yazan maxinatorları cəzalandıracaq.

Zirveyolu.info