|
Buğda idxalçıları və çörəkçilərə şad xəbər - 3 illik güzəşt

Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad olunacaq. Beləliklə, vergidən azadetmə 2024-ci ilədək davam edəcək. Parlamentin müzakirəsinə təqdim edilən sənəddə digər dəyişiklik kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsilə bağlıdır. Belə ki, bununla bağlı güzəşt müddəti daha 3 il artırılacaq.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq sonuncu oxunuşda qəbul edilib.