| Xəbər 2680 dəfə oxunub
Milli Məclis Türkmənistanla imzalanmış memorandumu təsdiqlədi

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” anlaşma memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarıldı.

Layihə barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov geniş məlumat verdi. Həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin önəmindən bəhs etdi. Müzakirələrdə deputatlar sənədin əhəmiyyətindən bəhs edib, anlaşma memorandumunun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğuladılar.

Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqləndi.