| Xəbər 2679 dəfə oxunub
Qazaxıstanda koronavirusdan son sutka 994 nəfər sağalıb, 692 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 692 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 208 809 nəfərə çatıb, onlardan 2 540 nəfəri isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 994 olmaqla 192 733 nəfəri sağalıb.