| Xəbər 1568 dəfə oxunub
Yayımlanmayan serialın adı dəyişdirildi
“TRT1” kanalında yayımlanacaq "Teşkilat" serialının adı dəyişdirilib.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, baş rollarında Çağlar Ertuğrul və Deniz Baysal kimi aktyorların çəkiləcəyi ekran işinin yeni adı “Ankara” olacaq.

 

Serialda Türkiyənin kəşfiyyat təşkilatında çalışan xüsusi bir komandanın başına gələnlərdən bəhs olunacaq. Aktyor heyəti və ssenarisi marağa səbəb olan layihənin nə vaxt yayımlanacağı isə hələ ki açıqlanmayıb.