| Xəbər 2015 dəfə oxunub
Nebahat Çehre 34 il əvvəl - Fotolar

“Aşk-ı memnu” serialında yaratdığı Firdevs xanım obrazı ilə uzun illər müzakirələrə səbəb olan aktrisa Nebahat Çehrenin 34 il əvvələ aid fotosu ortaya çıxıb.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, şəkil Türkiyənin ilk elmi-fantastik janrlı serialı “Kavanozdaki adam”ın çəkiliş meydanında lentə alınıb.

 

Arxivdən çıxan görüntü sosial mediada müzakirələrə səbəb olub. İstifadəçilər Nebahatın yaşlandıqca gözəlləşdiyini yazıblar.