| Xəbər 1141 dəfə oxunub
"Artıq çəki həyatımı çətinləşdirdi" - Fotolar

"Sihirli annem" serialında Tuğçe obrazı ilə məşhurlaşan aktrisa Damla Ersubaşı artıq çəkilərindən xilas olub.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, o, 6 ay ərzində 41 kq. arıqlayaraq  hər kəsi təəccübləndirəcək görünüşə sahib olub.

 

Damla arıqlama prosesinin onun üçün olduqca çətin olduğunu deyib:

"Çoxlu pəhriz yeməkləri yedim. Amma yenə arıqlaya bilmədim. Bədənimdə piy yığılıb qalmışdı. 90 kiloqram idim, 45%-i yağ idi. Son çarə olaraq mədəkiçiltmə əməliyyatı oldum. Çəkimin artıq olması həyatımı çətinləşdirirdi. Həkimə getdim. Psixoloji seanslarda oldum. Əməliyyatdan sonra müəyyən müddət çox çətinlik çəkdim. Amma artıq istədiyim bədən formasındayam".

Qeyd edək ki, aktrisa bir müddət əvvəl həyat yoldaşı onu döyüb və xəyanət etdiyi üçün ondan ayrılıb.