| Xəbər 1378 dəfə oxunub
"Ramo"dan ayrıldı - Foto

Türkiyədə yayımlanan "Ramo" serialında aktyor ayrılığı yaşanıb.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, bu dəfə layihəni aktrisa Pelin Körmükçü tərk edib. Onun ekran işi ilə yollarını ayırması ssenari əsasında reallaşıb.

 

Pelin Körmükçüdən qısa müddət əvvəl isə aktyorlar Yiğit Özşener və Olgun Şimşek "Ramo"dan gediblər.

Qeyd edək ki, rejissoru Çağatay Tosun olan ekran əsərinin baş rollarında Murat Yıldırım və Esra Bilgiç kimi aktyorlar çəkiliblər.