| Xəbər 2833 dəfə oxunub
Ərindən ayrılan kimi qızına qoyduğu Mətanət adını dəyişdi - Foto

Əməkdar artist Mətanət İsgəndərli ilə gəlini Canana arasındakı qalmaqal bitmir.

Axşam.az xəbər verir ki, müğənni oğlu Kərimin qızına öz adını qoyumuşdu. Canana isə həyat yoldaşından ayrıldıqdan sonra qızının adını dəyişib. O, bu haqda sosial şəbəkə profilində paylaşım edib və bunları yazıb:

 

"Yeni adın mübarək, Elayım. Hər bir ad insan həyatında önəm daşıyır, gərək adı qoyanda çox düşünəsən. Kiminsə könlünü xoş etmək üçün yox... Elay adının çox gözəl mənası var, ay kimi gözəldir, cəfakeş və qayğıkeş deməkdir. Ümid edirəm ki, qızım bu adının mənasını əməllərində göstərə biləcək".

Qeyd edək ki, Canana və Kərimin ayrılmasına səbəb yaşadıqları ev olub. Belə ki, onların yaşadıqları evin olduğu ərazi başqa şirkət tərəfindən satın alınıb. Həmin yerdə tikilən mənzil hazır olana kimi Canana və Kərim kirayədə qalıb. Canana kirayə pulunu M.İsgəndərlinin alıb, ona vermədiyini iddia edib. O bildirib ki, həyat yoldaşı ondan ayrılaraq anasının evinə köçüb, uşaqlarına isə maddi dəstək olmur.