| Xəbər 1557 dəfə oxunub
"Qızlarım üçün bankdan kredit götürdüm" - Ozan Doğulu

Aranjımançı Ozan Doğulu pandemiya dövründə yaşadığı maddi sıxıntılarla bağlı açıqlama verib.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, son 1 ildir musiqi sektorunda vəziyyətin gərgin olduğunu deyən Ozan ötən ilin martından başlayan karantin səbəbi ilə artıq bu sektorun çökdüyünü dilə gətirib:

 

“Sənətçi dostlarımdan biri evinin kirayəsini ödəmək üçün gitarasını satdı. Bəzi dostlarım isə maddi çətinlik səbəbindən ailəsinin yanına köçdü. Bu sektorda olan bəzi musiqiçilər intihara təşəbbüs etdi. Üç övladım var. Qızlarımın xərclərini ödəmək üçün bankdan kredit götürdüm”.