Selena Qomezin pərəstişkarlarına təqdim etdiyi yeni klipi müzakirələrə səbəb olub.

“De Luna Vez” adlı ekran işini sevənlərinin ixtiyarına verən Qomezin klipindəki səhnə dekorları müğənni İrem Dericinin klipindəki dekorları ilə eynilik təşkil edib.

 

Bu oxşarlıq türkiyəli ifaçının fanatlarını əsəbiləşdirib. İremin sözügedən klipi bir il əvvəl çəkilib. Həmin ekran işi "Senin hastan" adlı mahnı üçün lentə alınıb.

Qeyd edək ki, Selenanın yeni klipini 13 saat ərzində 5 milyondan çox insan izləyib.