|
Rusiyada son sutkada 24 715 nəfər COVID-19-a yoluxub, 555 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 24 715 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 520 531 nəfərə çatıb.

Son sutka ərzində 555 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 64 495 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.