|
Ukraynada koronavirusa yoluxma halları yenidən artıb

Ötən sutka ərzində Ukraynada 7 min 925 min nəfər COVID-19-a yoluxub, 2 min 229 pasiyent xəstəxanalara yerləşdirilib, 162 nəfər isə həyatını itirib. Bu da ötən günlərlə müqayisədə artım deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov bildirib.

Ən çox yoluxma Kiyev vilayətində qeydə alınıb.

Yanvarın 14-nə olan vəziyyətə görə, Ukraynada 1.138.764 yoluxma faktı laboratoriya yolu ilə təsdiqlənib, 837 min 63 pasiyent müalicəsini başa vurub, 20 376 nəfər koronavirusdan ölüb.