| Xəbər 1845 dəfə oxunub
Azərbaycanda vaksinlərlə bağlı xüsusi infrastruktur yaradılıb

Azərbaycanda vaksinlərin idxalı zamanı daşınması, saxlanması, istifadəsinə dair təhlükəsizlik tədbirləri başa çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan texniki şərtlərə mütləq riayət olunacaq. "Soyuq zəncir" şəraitinə uyğun olaraq vaksinlərin ölkəyə gətirilməsi, saxlanması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastruktur artıq qurulmuşdur. Vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirləri həyata keçirilib", - məlumatda qeyd olunub.