| Xəbər 872 dəfə oxunub
Hamilələrə və körpələrə vaksin vurulacaqmı?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hamilə qadınlara və körpələrə vaksin vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.

TƏBİB-in yaydığı məlumatda istahsalçı şirkətin tövsiyəsinə əsasən 18 yaşa qədər əhali kütləsinə, hamilə və südverən qadınlara peyvəndin vurulmasının tövsiyə edilmədiyi qeyd olunub.

Buna səbəb kimi bu istiqamətdə hələ tədqiqat aparılmadığı göstərilib.