| Xəbər 7431 dəfə oxunub
Firəngiz Mütəllimova: "Səbirsizliklə teatrın açılmasını gözləyirəm"

"Səbirsizliklə teatrların açılmasını gözləyirəm".
Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə yazıb.

Xalq artisti pandemiya səbəbindən uzun müddətdir ki, teatrdan uzaq düşməsindən gileylənib:

"Artıq doğmalarım, dostlarım üçün çox darıxıram. Teatrımızın yenidən açılmasını səbirsizliklə gözləyirəm. Özümüzü gözəgörünməz düşmən olan koronavirusdan qorumalıyıq. İnsanlar bizi sevindirir, həyacanlandırır, ağladır və güldürür. Hazırda hamımızın bir möcüzəyə ehtiyacımız var. Möcüzəni isə Allah yaradır. Bunun üçün dua edək".