| Xəbər 2982 dəfə oxunub
Əməkdar artist:

“Qərbdə doğulsaydım, indi dünya şöhrətli və çox varlı ifaçı olardım”.

Bu sözləri Əməkdar artist Səbinə Babayeva sosial şəbəkədə qeyd edib. Müğənni klassik ifalarından birini paylaşaraq, son dövrlər bu cür peşəkar əsərlərin yazılmamasından şikayətlənib:

“Zaman keçdikcə hər şeyin irəli getdiyini deyiriksə, niyə bəs əsl musiqi illər öncə tükənmiş sayılır. İndi belə əsərlər çox nadir, hətta deyim ki, tapılmır. Bilirəm, haradasa qərbdə doğulsaydım, dünya şöhrətli və çox varlı ifaçı olardım. Bəs, maraqlıdır Azərbaycanda olan “show-bazar” nə vaxt ekran dəbindən yığışdırılacaq?”.