|
İspaniya pasportu ilə 188 ölkəyə vizasız getmək olur

İsveçrənin “Henley&Partners” şirkəti pasportların cəlbedicilik reytinqini tərtib edib.

AZƏRTAC xəbər verir ki, analitiklər həmin reytinqi tərtib edərkən bu və ya digər ölkənin pasportunun sahibinin başqa ölkələrə vizasız gedə bilmək imkanını əsas götürüblər. Bu il İspaniya həmin reytinqdə dördüncü yeri İtaliya, Finlandiya və Lüksemburqla bölüşüb. İspan pasportu 188 ölkəyə vizasız getməyə imkan verir.

Reytinqdə birinci yeri yenə Yaponiya tutur – onun vətəndaşları üçün 191 ölkənin qapıları açıqdır. Reytinqin ikinci sətirində Sinqapur yer alıb (190 ölkə). Üçüncü yeri Cənubi Koreya və Almaniya bölüşüb (189 ölkə).