|
Maska taxmağın daha bir faydası

Tibbi maskanın koronavirusdan qorumaqdan başqa faydası da var.

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, maskalar xüsusilə qış aylarında üzü soyuqdan qoruyaraq periferik üz iflicinin yaranmasının qarşısını alır. Eyni zamanda havadan üz dərisinə keçə bilən viruslu infeksiyaların da qarşısını alır.

 

Dəri həkimləri ötən illərlə müqayisədə son bir ildə üz iflicinə nadir hallarda rast gəlindiyini bildiriblər. Buna səbəb isə dünyada koronovirus pandemiyasının yayılması səbəbi ilə mütəmadi olaraq tibbi maskalardan istifadə edilməsidir.