| Xəbər 1591 dəfə oxunub
Məşhur repçi xəstəxanaya yerləşdirildi

Dr. Dre ləqəbəi ilə tanınan repçi Andre Romell Yanq xəstəxanaya yerləşdirilib.

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, repçinin beyninə qan sızıb. Hazırda reanimasiyada olan musiqiçinin müalicəsi davam edir.

 

Dr.Dre hazırda həyat yoldaşı Nikol Sritlə boşanmaq üzrədir. Srit repçidən hər ay 2 milyon dollar təzminat tələb edir. Musiqiçi isə onun bütün xərclərini ödədiyini bildirib. Boşanmaq üzrə olan cütlük 24 ildir evli idi. Onların bu evlilikdən iki övladı dünyaya gəlib.