| Xəbər 3331 dəfə oxunub
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi

Türkiyədə 150 il sonra yazıçı İbrahim Şinasinin qəbiri aşkar edilib.

 

Axşam.az türk mətbuatına istinadən bildirir ki, məzar İstanbulun Beyoğlu səmitində yerləşən “Ayaspaşa Palas” binasının altında tapılıb.

Yazıçının qəbri aparılan uzunmüddətli tədqiqatlar sonra müəyyən edilib.

Tarixçilərin sözlərinə görə, XX əsrin əvvəllərinə qədər qəbiristanlıq olan bu ərazidə, 1934-cü ildən etibarən  yaşayış binaları tikilməyə başlanılıb. Nəticədə qəbir yaşayış binasının altında qalıb.

Xatırladaq ki, İbrahim Şinasi ilk  dəfə türkcə qəzet dərc etdirib. O, 1871-ci ildə 45 yaşında uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib.