| Xəbər 3402 dəfə oxunub
Oğuzhan Koç Demet Özdemirlə sevgilidir

Müğənni Oğuzhan Koç aktrisa Demet Özdemirlə eşq yaşamağa başlayıb.

Axşam.az  türk mətbuatına istinadən bildirir ki, sevgi münasibətlərini hamıdan gizlədən cütlüyün Alaçatıda 3 günlük istirahətdən qayıtdığı məlum olub.

İkili Yeni ili də birlikdə qarşılayıb.

Qeyd edək ki, Demetlə Oğuzhan bir neçə dəfə birlikdə görüntülənsələr də, sevgili olduqlarını inkar ediblər.