|
“Stadionlarda azarkeşsiz oynamağı sevmirəm" - Ronaldo

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo növbəti dəfə boş tribunalar qarşısında oynamaqdan danışıb.

Qol.az xəbər verir ki, portuqaliyalı futbolçu "Associated Press"ə açıqlamasında deyib: “Stadionlarda azarkeşsiz oynamağı sevmirəm. Bu, sirkə getmək və klounları görməmək kimidir".

Qeyd edək ki, koronavirus səbəbindən stadionlara azarkeşlər buraxılmır.