|
Murad Boz pandemiyanı mətbəxdə keçirir - Foto

Məşhur müğənni Murad Boz kameralara tuş gəlib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, bahalı avtomobili ilə Yeniköydə görüntülənən ifaçı jurnalistlərlə söhbət edib.

 

Ölkədə karantin səbəbi ilə bir çox məhdudiyyətlət tətbiq edildiyindən evdən çölə çıxmayan ifaçı boş vaxtını evdə mətbəxdə keçirdiyini deyib:

“Mətbəxdə dadlı lahmacun və katmer hazırlaya bilirəm. Xəmir yayma bacarığım var. Yaxşı yuxa da açıram”.