|
Spirtli içki qəbul edənlərin dərisi yaşlananda necə olur?

Qəbul edilən qidaların insanın üzünün dərisinin qocalmasına və formalaşmasına təsir etdiyini bilirdinizmi? Spirtli içki qəbul edənlkərin üzü qocalanda necə olur?
Günəlik rasionda qəbul edilən qidalar öz təsirini insanın dərisində göstərir. Aşağıdakı yazılanları oxuyun və sağlam qidalanaraq qocalanda dərinizin gözəl görünməsinə çalışın. Bir çox insanlar qarşısındakı yaşlı adamın dərisinə baxaraq onun gənclikdə nə ilə qidalandığını təyin edə bilir. Spirtli içki qəbul edənlərin üzü yaşlandıqda aşağıdakı kimi olur:
* gözlərin arasında olan məsafənin dərisi qırmızı olur
* dərinin quruluğu çox olur
* yanaqdakı kapillyarlar şaxələnir
* burun və yanaqlar qırmızı olur
* burula dodaq arasındakı çəkəklik daha da dərinləşir
* dərinin məsamələri genişlənmiş olur
* gözlərin üst qapaqları sallanır.
Cavan yaşlarında həddindən çox spirtli içki qəbul edən adamların dərisi öz keyfiyyətini itirir. Buna səbəb isə dəridə kollagenlərin funksiyasının vaxtından tez pozulması səbəb olur. Bu da dərinin elastikliyinin itməsinə və orqanizmin iltihabi xəstəliklərə qarşı meyilliyinin artmasına səbəb olur. Çoxlu miqdar spirtli içki qəbul edən adamların dərisidə kapillyarların funksiyası pozuldlğlna görə dərinin rəngi qırmızıya meyilli olur. Gənc yaşlarında spirtli içki qəbul edən adamları dərisi yaşlananda ətrafdaklr tərəfindən asanlıqla tanınır. Bu səbəbdən də çalışın içkidən uzaq durun.
Mütəxəssislər həftədə bir qədəh təbii yollarla hazırlanmış şərab içməyin orqanizmə və dəriyə heç bir zərərli təsirinin olmadığını söyləyirlər.