|
Erməni evindən Brilliant Dadaşovanın da şəkli çıxdı - Foto

Xalq artisti Brilliant Dadaşovanın Şuşada erməninin yaşadığı evdən fotosu çıxıb.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Yayılan görüntülərdə Brilliant Dadaşovanın arxiv fotosu yer alıb.

Qeyd edək ki, daha öncə Xalq artistləri Nazpəri Dostəliyeva, Aygün Kazımovanın da fotoları ermənilərin yaşadıqları evdən tapılmışdı.