|
Alla Puqaçovanın əri də Azərbaycana dəstək oldu

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, teleaparıcı, şoumen və müğənni Maksim Qalkin Azərbaycanla bağlı açıqlama verib.

Musavat.com bildirir ki, Maksim Qalkin "Nərgiz" jurnalına açıqlamasında Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüb:

"Bakı, səmimi qarşılama üçün təşəkkür edirəm. İyirmi ildir ki, solo konsertlər üçün Bakıya səfər edirəm və gözəl azərbaycanlı tamaşaçılar ilə görüşdən zövq alıram".

Qeyd edək ki, ötən həftə Alla Puqaçova da öz Azərbaycana dəstəyini nümayiş etdirmişdi.