| Xəbər 2005 dəfə oxunub
Ankarada Azərbaycana dəstək məqsədilə konsert təşkil olunub

Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim olunub.

 

Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən təşkil edilib.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlın zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxıblar.

Şəhid uşaqlara ithaf edilən proqramdakı ifalar hərarətli tamaşaçı alqışları ilə qarşılanıb.