|
PUA-ları Qarabağda dayandırmaq mümkün olmadı – Fransız nəşri

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi.

Axar.az xəbər verir ki, bu barədə Fransanın “L’Opinion” qəzeti yazıb.

Qəzet eyni şeyin bir müddət əvvəl Suriya, xüsusilə Liviyada da baş verdiyini bildirib.

“Siqnal qarışdıran "Jammer" sistemləri sahəsində Türkiyə çox inkişaf edib. Rusiyanın yüksək səviyyəli “Jammer” sistemləri var, ancaq türklər də elektron müharibə sahəsində çox irəliləyiblər. Türkiyə müdafiə sənayesi təxminən 10 il ərzində böyük irəliləyiş əldə etdi. Bu, Prezdent Ərdoğanın milli şirkətlərə söykənən iradəsilə əlaqəlidir”, - qəzet yazıb.