|
Feyza Aktan Özcanın iddialarına cavab verdi: “Əmlak tələbim olmayıb”

Müğənni Özcan Denizin keçmiş həyat yoldaşı Feyza Aktan sənətçinin iddialarına cavab verib.


Musavat.com xəbər verir ki, Feyza yaşananlar barədə sosial şəbəkədə yazıb:
“Boşandıqdan sonra qanunun mənə verdiyi haqlar talan kimi göstərilə bilməz. Boşanma qərarımızda bu evdə uşağımla birgə yaşaya biləcəyim yazılıb. Mediada yazılanın əksinə, heç vaxt təzminat, avtomobil və əmlak tələbim olmayıb. Sadəcə övladımızla birlikdə lehimə cüzi təzminat, istifadə üçün ev və maşın verilib. İndiyədək oğluma görə susmuşam. Ancaq iftiraların mütəmadi bir hal alması və mediada yayılması açıqlama verməyimə səbəb oldu”.

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub 2019-cu ildə boşanıblar. Özcanla Feyzanın bir oğlu var.