|
MN: Düşmən Tərtər və Ağcabədi rayonlarını atəşə tutur

Noyabrın 1-də saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutur.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.