|
“Qrupun püşkünü gördüyümüz andan hədəf növbəti mərhələyə çıxmaqdır”

"Makkabi"nin (Təl-Əviv) futbolçusu Dan Qlazer UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turuda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri matç haqqında danışıb.

Qol.az “Alkhaleejtoday.co”ya istinadən xəbər verir ki, koronavirusdan yeni sağalmış 24 yaşlı yarımmüdafiəçi bu sözləri deyib:

“Uzun müddətdir oynamadığım üçün darıxırdım. Hazırda özümü əla hiss edirəm. Həm də komanda ilə çıxış etmək, məşq keçirmək əyləncəlidir. “Qarabağ”la matç qələbəmizlə başa çatdığına görə çox sevnirəm. Çempionlar Liqasında komanda ilə birlikdə ola bimədiyimçün məyus idim. Amma bu gecə meydanlara qayıtdım və komandam qələbə qazandı. Qrup mərhələsinin püşkünü gördüyümüz andan bəri hədəfimiz növbəti mərhələyə adlamaqdır. Ümid edirəm ki, bundan snra da qalib gələcəyik”.

Qeyd edək ki, Ağdam təmsilçisini də yer aldığı İ qrupunun cədvəinə 3 xalla “Vilyarreal” başçılıq edir. Eyni xalı olan “Makkabi” 2-cidir. Aktivində xalı olmayan “Qarabağ” və “Sivasspor” isə müvafiq olaraq 3 və 4-cü yerlərdə qərarlaşırlar.