|
Obama: "Yeniyetmə olanda prezident Trampdan daha çox vergi ödəmişəm"

44-cü ABŞ prezidenti Barak Obama hazırkı president Donald Trampı tənqid edib.

APA “TASS”-a istinadən xəbər verir ki, o, Trampı vergidən yayınmaqda günahlandırıb.

Keçmiş prezidentin sözlərinə görə, “Baskin Robbins” kafesində işlədiyi yeniyetməlik dövründə Trampın prezident fəaliyyətinin ilk ilində ödədiyindən daha çox vergi ödəyib.

“İlk iş yerim “Baskin Robbins” idi. O zaman 15 yaşım var idi. Düşünürəm ki, insanlara dondurma satmaqla ondan (Trampdan) daha çox vergi ödəmişəm. Ümumiyyətlə, bu, necə ola bilər?” – deyə Obama Pensilvaniya ştatında prezidentliyə namizəd Co Baydenə dəstək üçün təşkil edilmiş tədbirdə bildirib.