|
Bolqarıstan Prezidenti koronavirus səbəbindən Estoniyaya səfərini yarıda saxlayıb

Bolqarıstan Prezidenti Rumen Radev Estoniyaya səfərini yarıda saxlayıb.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər xəbər verir ki, buna səbəb onun səfərə çıxmazdan əvvəl COVID-19 infeksiyasına yoluxmuş şəxslə təmasda olmasıdır.

Estoniya Prezidentinin mətbuat xidmətinin oktyabrın 20-də verdiyi məlumata əsasən, Bolqarıstan Prezidenti Rumen Radev Baltik, Qara və Adriatik dənizlərinin 12 dövlətini bir araya gətirən “Üç dəniz təşəbbüsü” sammitində iştirak etmək məqsədilə Estoniyaya gəlmişdi.