|
Düşmənin Tərtəri yenidən atəşə tutması nəticəsində mülki şəxs yaralanıb

Ermənistan ordusu humanitar atəşkəsi pozmaqda davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, Ermənistan silahlı qüvvələri Tərtərin Şıxarx qəsəbəsində, Ələsgərli kəndində yaşayış məntəqələrini atəşə tutub.

Mərmilərdən biri Ələsgərli kəndində fərdi yaşayış evinin həyətinə düşüb. Nəticədə bir nəfər xəsarət alıb.