|
“Heç toxunmadımı sizə yaşadıqlarımız?”

“Təbii ki, bu günlər keçəcək, xalqım zəfər qazanacaq. Qarabağımın işğal olunmuş torpağında Azərbaycan-Türkiyə bayrağı dalğalanacaq! Amma biz heç zaman unutmayacağıq yanımızda duranları da, kənarda qalanları da”.

Bu sözləri Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva sosial şəbəkədə yazıb.

O, İnstaqram “Story”də TV8 kanalının sahibi Acun Ilıcalını tənqid edərək, onun Azərbaycana dəstək olmamasını qınayıb:
“Mənim diqqətimi Acun Ilıcalı çəkdi - türkəsilli qardaşımız. Yüzlərlə azərbaycanlının “O səs Türkiyə”, “Yetenek sizsiniz”, “Survivor Türkiyə” proqramlarında sevərək iştirak edən, izləyici kütləndə və reytinqində az əməyi olmayan Azərbaycan türkləriyik biz. Acun bəy, niyə səssiz qaldınız? Heç toxunmadımı sizə yaşadıqlarımız? Çətin gəldi 13,4 milyonluq səhifənizdə heç olmasa bir Azərbaycan bayrağı paylaşaraq dəstək olmaq?”