| Xəbər 2248 dəfə oxunub
CƏBHƏDƏ SON DƏQİQƏ:

12 oktyabr səhər saat 5-dən başlayaraq Tərtər rayonu müxtəlif çaplı silahlardan atəşə tutulur.

Düşmən Rusiyanın paytaxtında imzalanmış humanitar atəşkəsə faktiki əməl etmir. Bu xəbər hazırlanarkən də rayona mərmilər atılır. 10 oktyabr 12:00-da qüvvəyə minən atəşkəs razılaşmasına rəğmən cəbhənin digər istiqamətlərində olduğu kimi Tərtər istiqamətində də atəş dayanmır. Ordumuz düşmənə qarşılıq verib. Ermənilər, əsasən, mülki əhalinin yaşadığı Tərtər şəhərini və ətraf yaşayış məntəqələrindəki evləri, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları hədəf götürür. Oktyabrın 11-də olduğu kimi, bu gün də rayonda ara-sıra mərmi partlayışlarının səsi eşidilir.