|
Müdafiə Nazirliyi: “Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır”

Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır.

Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir. Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır.

Qeyd edək ki, dünən axşam saatlarında erməni tərəfi Vardenis rayonunda bənzər təxribat törədərək, guya Azərbaycan Ordusunun bu rayona atəş etdiyi görüntüsünü yaratmaq istəyiblər.