|
Bakıda ana və azyaşlı qızını motosiklet vurub

Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Yolu keçmək istəyən 30 yaşlı Nərgiz Əhmədova və qızı 7 yaşlı Xədicə Əhmədovanı motosiklet vurub.

Piyadaların hər ikisi ağır xəsarət alıb. Yaralılar Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidməti vasitəsilə xəstəxanaya aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.