|
Müdafiə Nazirliyi: Daşkəsən artilleriya atəşinə tutulur

"Ermənistan növbəti provokasiyaya əl atıb".

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonunun ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur: “Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görüləcək”.