| Xəbər 1165 dəfə oxunub
Suriyada PKK/YPG terror təşkilatının təlim keçdiyi erməni batalyonu Qarabağa göndərildi

Türkiyənin “Haber7” saytının jurnalisti Taha Dağlı “Suriya PKK-nın laboratoriyası oldu” adlı köşə yazısında Suriyanın şimalında PKK tərəfindən yetişdirilən terrorçuların ABŞ, Yunanıstan, Ermənistan kimi ölkələrə ixrac edildiyini və bu prosesin necə həyata keçirildiyini yazıb.

Avropa.info yazını təqdim edir:

“Qlobal terror təşkilatı PKK Suriyanı sanki terror laboratoriyasına çevirmişdi. Belə ki, PKK işğalında olan Suriyanın şimalında yetişdirilən terrorçular ABŞ, Yunanıstan, Ermənistan kimi ölkələrə ixrac edilir. 

May ayında Suriyanın şimalında PKK işğalı olan ərazilərdə terror təşkilatı tərkibində erməni taboru qurulmuşdu. 

Erməni PKK terrorçularından təşkil olunmuş bu terror qruplaşması aylarla davam edən təlimlərini başa çatdırdı. İndi o terrorçuların 250 nəfəri Ermənistanın Azərbaycana hücumlarında iştirak etmək üçün Cənubi Qafqaza göndərilib.

2016-cı ildə Suriyanın Afrin şəhəri də PKK işğalında idi. Regiona Yunanıstan vasitəsilə çox sayda silahlı göndərildi. Yunanıstanda yerləşən RUİS adlı qlobal silahlı qrup eyni zamanda MLPK terror təşkilatının tərkibinə daxildir. Avropanın müxtəlif ölkələrindən gəlib Yunanıstandakı terror düşərgələrində RUİS və MLPK çətiri altında toplaşan o terrorçular Suriyanın Afrin şəhərinə göndərilmişdilər. PKK tərkibində silahlı təlim keçib fəaliyyət göstərən bu terrorçular divarlarında yunanca mesajların yazıldığı terror qərargahları qurmuşdular. 2018-ci ilin “Zeytun budağı” əməliyyatı ilə PKK-nın yunan qoluna Afrində zərbə endirildi, terrorçular isə Fəratın şərqinə keçərək fəaliyyətlərinə davam edirlər.

2017-ci ildə Suriyada PKK tərkibində ABŞ-dan gətirilən yüzlərlə silahlı şəxs terror düşərgələrində təlim keçmişdi. Antifa adlı qlobal anarxist qrup Suriyadakı təlimlərindən sonra ölkələrinə qayıtdılar və aylardır ABŞ küçələrində terror saçırlar. ABŞ prezidenti Donald Tramp Corc Floyd adlı qaradərilinin polislər tərəfindən öldürülməsindən sonra ortaya çıxan zorakılıq hadisələrində əsas rol oyanayn Antifanın terror təşkilatı olduğunu demişdi. 

Suriyanın PKK-nın işğalı altında olan bölgələrində PKK-PYD-YPG ya da SDG tərkibində çoxmillətli terror strukturu var.

ABŞ, Avstraliya, Kanada və Avropanın müxtəlif ölkələri, Asiyadan gələn minlərlə silahlı PKK tərkibində müxtəlif adlar və qruplar adı altında təlim görüb terrorçu kimi yetişdirilirlər.

Ermənilər, yunanlar və amerikalılar Suriyada PKK-nın terror laboratoriyalarında terrorçu kimi yetişdirildikdən sonra başqa ölkələrə ixrac edilirlər.

Suriyada PKK tərkibindəki ermənilərin bu gün Azərbaycana göndərildikləri və ya Suriyadakı Antifa terrorçularının ABŞ-a göndərildiyi kimi.

PKK-nın Suriya qolu PYD 2004-cü ildə ilk dəfə İsrailin “Mossad” agentləri tərəfindən silahlı təlim keçmişdilər. Bu həqiqəti o dövrdə jurnalist Seymur Herş “New Yorker” nəşrində detallarınadək yazmışdı.

Suriyada 2011-ci ildə üsyan başlayanda PYD-nin silahlı qolu YPG ABŞ nəzarətinə keçdi. Pentaqonun xüsusilə 2012-ci ildən sonra yenidən təşkilatlandırdığı PKK ünsürü PYD-YPG terror təşkilatı beynəlxalq terror strukturuna çevrildi.

Əvvəlcə ABŞ-dan gələn hərbçi və kəşfiyyatçılar İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə Suriyada PKK cərgələrində öz terror qruplarını qurdular. Bunlar Pentaqon tərəfindən terror təşkilatına verilən silahların istifadəsini terrorçulara öyrətdi, təlim keçdi.

2014-cü ildə İŞİD-in çağırışı ilə dünyanın dörd tərəfindən Suriyaya gətirilən terrorçular isə PKK tərkibində təlim görüb Suriya və İraqda terror təşkilatlarının cərgələrində hücumlarda iştirak edirlər.

Bunların bir qismi regionda qalarkən, bir qismi də başqa ölkələrə ixrac edilirlər.